CƏMİYYƏT


Lənkəran-Astara bölgəsinə düşən yağıntının miqdarı 30 millimetrə bərabər olub

Bakı, 16 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, fevralın 15-dən 16-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 (aylıq normanın 41 faizi), Lənkəran-Astara zonasında 30 (aylıq normanın 32 faizi), Mərkəzi Aran rayonlarında 23 (aylıq normanın 85 faizi), Böyük Qafqazda 7, Kiçik Qafqazda 6 millimetr təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 18, Lerikdə 15, Yardımlıda 10, Şahdağda 7, Daşkəsən, Göygöl, Xaltanda 5, Altıağacda 4, Sarıbaş, Qırızda 3, Kişçay, Xınalıqda 2, Mərəzə, Qusarda 1 santimetrə bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.