CƏMİYYƏT
Lənkəran-Astara bölgəsinə intensiv yağış yağıb
Bakı, 12 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 11-i gündüzdən 12-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, yağan güclü leysan yağış nəticəsində çaylarda sululuq artıb, Lənkərançay, Təngərüdçay, İstisuçay, Boladıçay və Veravulçayda sel müşahidə edilib. Hazırda intensiv və güclü yağış davam edir.
Düşən yağıntının miqdarı Naxçıvan Muxtar Respublikasında 2-3, Böyük Qafqazda 1-14, Lənkəran-Astara bölgəsində 1-25, Mərkəzi-Aran rayonlarında 1-18 millimetr təşkil edib. Düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadası üzrə Ələtdə 11, Pirallahıda 8, Bakıda 5, Binədə və Zabratda 4, Maştağada 3, Bayıl yamacında 2, Sumqayıtda 0,7 millimetrə bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]