REGİONLAR


Lənkəran, Astara və Lerikdə fəaliyyət göstərən din xadimlərinin iştirakı ilə videokonfrans keçirilib

Lənkəran, 17 avqust, Bağır Əliyev, AZƏRTAC

Azərbaycanda yeni koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarında, xəstəliyin yayılma dinamikasında azalma müşahidə olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədri və din xadimlərinin iştirakı ilə keçirilən videokonfransda səsləndirilib.

Onlayn tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən 70-ə yaxın dini icma sədri və din xadimi iştirak edib.

Videokonfransda çıxış edənlər dünyanı bürüyən yeni koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlərdən, bu sahədə dini qurumlar və din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıblar.

Qeyd olunub ki, yeni koronavirus infeksiyasına qarşı mübarizədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara, DQİDK və QMİ rəhbərliyinin bu sahədə verdiyi tapşırıq və tövsiyələrə ciddi əməl olunmalıdır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.