MƏDƏNİYYƏT


Lənkəran Destinasiya Menecmenti Təşkilatı ictimaiyyətə təqdim olunub

Lənkəran, 22 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 22-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Lənkəran Destinasiya Menecmenti Təşkilatının ictimaiyyətə təqdimedilmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regionlarda turizmin inkişaf etdirilməsinin qurumun əsas məqsədləri sırasında olduğunu və agentliyin buna xüsusi önəm verdiyini bildirib.

Lənkəran, Astara, Lerik, Masallı kimi rayonların Azərbaycanın ən səfalı turistik yerlərindən biri sayıldığını və turistlərin ən çox üz tutduğu istiqamətlərdən olduğunu qeyd edən agentlik sədri ölkə üzrə turizmin proporsional inkişafında cənub bölgəsinin əhəmiyyətinin böyük olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, bu səbəbdən 3-cü Destinasiya Menecmenti Təşkilatının Lənkəranda yaradılması heç də təsadüfi deyil.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bu növ idarəetmə modeli ilə fəaliyyət göstərən təşkilatların yerli səviyyədə dövlət, özəl sektor və əhali arasında əlaqələrin qurulmasına, eləcə də insan resurslarının inkişaf etdirilməsinə xidmət etdiyini bildirib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak edib.

Qeyd edək ki, Destinasiya Menecmenti Təşkilatları regionların turizm potensialını daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərir.

Xatırladaq ki, hazırda Şəkidə və Qubada Destinasiya Menecmenti təşkilatları fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.