REGİONLAR


Lənkəran Dövlət Dram Teatrı İranda qastrol səfərindədir

Lənkəran, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının İran İslam Respublikasına qastrol səfəri başlayıb.

Teatrın direktoru Tofiq Heydərov AZƏRTAC-a bildirib ki, İran İslan Respublikasının Rəşt şəhərində qastrol səfərinin açılış mərasimində Gilan vilayətinin Mədəniyyət İdarəsinin rəisi Firuz Fazili və Rəşt şəhərinin meri Məhəmmədəli Sabitqədəm iştirak ediblər.

İran İslam Respublikasının bir sıra rəsmi dövlət xadimlərinin də qatıldığı tədbirdə bu cür mədəni görüşlərin iki dost xalq arasında əlaqələrin möhkəmləndirilməsində əhəmiyyəti vurğulanıb.

Daha sonra Lənkəran Dövlət Dram teatrının truppasının ifasında Bəhram Beyzayinin “İlan Sultan” tamaşasına baxış olub.

Lənkəran Dövlət Dram Teatrının İran İslam Respublikasının Rəşt şəhərinə qastrol səfəri dekabrın 7-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.