REGİONLAR


Lənkəran Dövlət Dram Teatrı Lerikdə qastrolda olub

Lerik, 10 noyabr, Bağır Əliyev, AZƏRTAC

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Lerikdə qastrolda olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın truppası Lerik Rayon Mədəniyyət Mərkəzinin səhnəsində Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyinə töhfə olaraq dövlət sifarişi ilə hazırlanmış ədibin “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə çıxış edib.

Tamaşaçıların maraqla seyr etdiyi bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Səhnə əsərində rolları aktyorlar Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.