REGİONLAR
Lənkəran Dövlət Dram Teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirəcək
Lənkəran, 12 mart, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Novruz bayramı ilə əlaqədar uşaqlar üçün hazırlanmış “Qaraca qız və Xallı ifritə” nağıl-tamaşanın premyerası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xeyirlə Şərin mübarizəsindən bəhs edən səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, rəqslərin quruluşçusu Günel Abbaszadə, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Tamaşada əsas rolları Əməkdar Artist Sucəddin Mirzəyev, aktyorlardan Qızılgül Quliyeva, Emin Fərzullayev, Aysel Cahangirova, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.
Səhnə əsəri Novruz bayramı günlərində nümayiş etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]