REGİONLAR


Lənkəran Dövlət Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Lənkəran, 31 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Dram Teatrının kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna müəyyən məbləğdə ianə edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən teatrın direktoru Tofiq Heydərov bildirib ki, rəşadətli Azərbaycan Ordusunun respublikamızın ərazi bütövlüyünün bərpası və tarixi ədalətin bərqərar edilməsi uğrunda apardığı mübarizə hər bir ölkə vətəndaşı kimi, lənkəranlı sənətçilərin də sevincinə və ruh coşğunluğuna səbəb olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən zəfər yürüşləri, hər gün onlarla yaşayış məntəqələrimizin düşməndən təmizlənməsi əminlik yaradır ki, üçrəngli Azərbaycan bayrağımız tezliklə Şuşada, Xankəndində dalğalanacaq.

“Ordumuza dəstək olmaqdan ötrü bizim kollektiv də Silahlı Qüvvələrə Yardım Fonduna imkan daxilində vəsait köçürməyi özünün mənəvi borcu sayır. Çalışacağıq ki, bundan sonra da bu fonda pul vəsaiti köçürək. Bu gün hamılıqla bircə istəyimiz var - azad olunmuş Şuşa şəhərinə qastrol səfərinə getməklə orada tamaşa oynamaq!”, - deyə T.Heydərov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.