Lənkəran Dövlət Dram Teatrında “Açıq qapı” günü keçirilib
AzerTAg.az
Lənkəran, 7 fevral, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında “Açıq qapı” günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə teatrın aparıcı aktyorlarından olan Əməkdar artist, Prezident mükafatçısı Sucəddin Mirzəyev, Miraslan Ağayev və Allahverən Babayev məktəb yaşlı tamaşaçıları teatrın foyesində qurulmuş eksponatlar, 44 günlük Vətən müharibəsində Zəfərin qazanılmasında şücaət göstərmiş şəhidlərin qəhrəmanlığını vəsf edən rəsm əsərləri ilə, eləcə də qrim, geyim və digər yardımçı sexlərlə tanış ediblər.
Bu cür sosial layihələrin mütəmadi davam etdiriləcəyini bildirən teatrın baş rejissoru Anar Sadıqov “Açıq qapı” günlərinin teatr-tamaşaçı münasibətlərinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığını söyləyib.
Tədbirdən sonra Tərlan Abdullayevin müəllifi və quruluşçu rejissoru olduğu “Tilsimlənmiş qız” tamaşası nümayiş olunub.










Xəbərin mətnində orfoqrafik səhv var