REGİONLAR
Lənkəran Dövlət Dram Teatrında “Hacı Qara” komediyasının premyerası olub
Lənkəran, 5 noyabr, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, dövlət sifarişi ilə hazırlanmış səhnə əsəri XIX əsrin 30-40-cı illərində Azərbaycan həyatının reallıqlarını əks etdirir.
Tamaşanın quruluşçu-rejissoru “Yuğ” Teatrının baş rejissoru Gümrah Ömər, rejissoru Tərlan Abdullayev, quruluşçu-rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Əliyevadır.
Əsas rolları Xalq Artisti Qabil Quliyev, Əməkdar artistlər Təvəkkül Əliyev və Sücəddin Mirzəyev, aktyorlar Əlibala Əsgərov, Qızılgül Quliyeva, Allahverən Babayev, Əbülfəz Axundov, Səyyad Əliyev, Aynur Əhmədova və başqaları ifa ediblər.
Qeyd edək ki, bu tamaşa Gümrah Ömərin Lənkəran Dövlət Dram Teatrının səhnəsində hazırladığı üçüncü səhnə əsəridir. Bundan əvvəl rejissor Lənkəran teatrında Əli Əmirlinin “Onun iki qabırğası” və Elçinin “Cəhənnəm sakinləri” əsərlərinə quruluş verib.