REGİONLAR


Lənkəran Dövlət Dram Teatrında yeni tamaşa: “Evlən, oğul, evlən!..”

Lənkəran, 2 noyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Dram Teatrında başqırd dramaturqları Süleyman və Həmdiyə Lətipovların qələmə aldıqları “Evlən, oğul, evlən!..” komediyası (tərcümə edəni Ağaddin Babayev) əsasında hazırlanmış tamaşanın premyerası olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar artist Adil Zeynalov, rejissoru Əlibala Əskərov, quruluşçu-rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Maraqla qarşılanan tamaşada rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Səyad Əliyev, Qızılgül Quliyeva, Təranə Fərəcova, Şəbnəm Hüseynova və Məleykə Cəfərova ifa ediblər.

Qeyd edək ki, bundan əvvəl Süleyman və Həmdiyə Lətipovların Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Şah və əks-səda” əsəri tamaşaya qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.