REGİONLAR


Lənkəran Dövlət Dram Teatrının aktyorları Cəlilabadda “Şənbə axşamı” tamaşası ilə çıxış ediblər

Lənkəran, 30 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Qırğızıstanın Xalq yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib.

Teatrın ədəbi-dram hissəsinin rəhbəri Ağaddin Babayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.

Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlar Şarud Mehdiyeva, Qızılgül Quliyeva, Sayad Əliyev və Təranə Fərəcova ifa ediblər.

Tamaşadan sonra 70 yaşı tamam olmuş teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyevin ünvanına təbriklər səslənib.

Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova və digər natiqlər tanınmış sənətkarın Azərbaycan teatrının inkişafına verdiyi töhfələrdən danışıblar.

Sonda yubilyara Cəlilabad Rayon İcra Hakimiyyətinin fəxri fərmanı, xatirə hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.