REGİONLAR


Lənkəran Dövlət Dram Teatrının quruluşçu-rejissoru Tbilisidə beynəlxalq festivalda iştirak edib

Lənkəran, 5 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Dram Teatrının quruluşçu-rejissoru Emil Əskərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Beynəlxalq Teatr Festivalından qayıdıb.

Emil Əskərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dünyanın 50-ə yaxın teatr truppasının qatıldığı və beş gün davam edən bu sənət yarışmasında tamaşaçılara maraqlı səhnə əsərləri təqdim olunub.

O, Beynəlxalq Teatr Festivalında, həmçinin bakılı gənc həmkarları Nuranə Dadaşovanın və teatrşünas Elçin Səfərovun da iştirak etdiyini bildirib: “Tbilisidən zəngin təəssüratlarla qayıtmışıq. Orada həmkarlarımızla məhsuldar görüşlər keçirdik, təcrübələrimizi bölüşdük”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.