REGİONLAR


Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlıda qastrol səfərində olub

Yardımlı, 14 iyun, Bağır Əliyev, AZƏRTAC

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlıda qastrol səfərində olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın aktyorları Yardımlı Rayon Mədəniyyət Mərkəzinin səhnəsində yazıçı-publisist Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” tamaşası ilə çıxış ediblər.

Səhnə əsərində hadisələr keçmiş sovet dövründə cərəyan edir. Moskvada hərbi xidmət keçən Güləli ordudan tərxis olunarkən özü ilə Vətənə Nataşa adlı bir rus qızı da gətirir. Anasının əcnəbi gəlinini qəbul etmədiyini gördükdə isə Güləli onu etnoqraf tələbə kimi qələmə verir. Bu halda hamı qonağa hörmət edib, onun bir neçə ay müddətinə xalqımızın etnoqrafiyasını öyrənməsinə şərait yaradır. Amma tezliklə bunun hiylə olduğu bilinir. Axırda Güləlinin ata-anası rus qızı oğlanları üçün almağa razılıq versələr də, Nataşa Moskvaya qaçır.

Tamaşanın quruluşçu-rejissoru, Əməkdar Artist Adil Zeynalov, rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Səhnə əsərində əsas rolları Əməkdar Artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Qızılgül Quliyeva, Səyad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.