REGİONLAR


Lənkəran Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ingilis dilində qeyd olunub

Lənkəran, 23 may, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Lənkəran Dövlət Universitetində keçirilən tematik ədəbi-bədii gecə orijinallığı və forma rəngarəngliyi ilə diqqət çəkib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin ingilis dili müəllimliyi ixtisasının tələbələri tədbirdə Şekspir, Bayron, Uilyam Henri Deyvis və başqalarının əsərlərindən bədii parçalar səsləndiriblər. Onların “Sarı gəlin” xalq mahnısını Azərbaycan və ingilis dillərində ifa etməsi gecəyə xüsusi rəng qatıb.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında videoçarxın nümayişi Səməd Vurğunun “Azərbaycan” şeirinin tələbələrin ingiliscə ifası ilə müşayiət olunub.

“Dərviş Parisi partladır” filminin motivləri əsasında hazırlanmış səhnəciklər səmimi yumoru ilə yadda qalıb.

Ədəbi-bədii gecədə səsləndirilən şeirlər, mahnılar, parodiyalar, habelə səhnəciklər tələbələrin ingilis dilində bilik və bacarıqlarının nümayişinə çevrilib. Şeir və mahnılarda, videoçarxlarda vətənpərvərlik, doğma yurda məhəbbət, azərbaycançılıq ideyaları təbliğ olunub.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov belə tədbirlərin tələbələrin hərtərəfli formalaşmasında, zəngin dünyagörüşünə malik olmasında mühüm rol oynadığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.