REGİONLAR
Lənkəran Dövlət Universitetində İctimai Şuranın üzvləri imtahanların gedişini izləyiblər
Lənkəran, 19 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 19-da Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun rəhbərlik etdiyi İctimai Şuranın üzvləri Lənkəran Dövlət Universitetində (LDU) 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişini izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İctimai Şuranın üzvləri imtahan gedən auditoriyalarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə yaxından tanış olublar. Onlar, həmçinin LDU-da müəllimlər və tələbələr üçün yaradılan şərait, son ildə tədrisin modern təşkili, universitetin yenilənmiş maddi-texniki bazası, yardımçı təsərrüfatı ilə yaxından tanış olmaq imkanı qazanıblar.
İmtahanların gedişi ilə tanışlıqdan sonra İctimai Şuranın üzvləri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşüblər.
N.İbrahimov İctimai Şuranın üzvlərinin imtahanların gedişinə dair təəssüratları ilə maraqlanıb, təklif və rəylərini dinləyib, imtahanların tam obyektiv və şəffaf şəkildə keçirilməsi üçün bundan sonra da bütün mümkün tədbirlər görüləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]