REGİONLAR


Lənkəran Dövlət Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi seminar keçirilib

Lənkəran, 25 aprel, Bağır Əliyev, AZƏRTAC

Aprelin 25-də Lənkəran Dövlət Universitetində İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamının əhəmiyyətini qeyd edib. O bildirib ki, İmadəddin Nəsimi çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikir tariximizdə dərin iz qoymuş mütəfəkkir şair olub. Onun zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

N.İbrahimov çıxışında ustad şairin zəngin ədəbi irsinin öyrənilməsində elmi müzakirələrin, seminarların önəmli rol oynadığını vurğulayıb.

Elmi seminarda Lənkəran Dövlət Universitetinin professoru Yədulla Ağazadənin “İmadəddin Nəsiminin təxəllüsü onun təriqət şeyxi olmasının sübutu kimi”, dosentlər Mirhüseyn Abbasın “Humanist şair”, Kamran Kazımovun “Nəsimi rus ədəbiyyatında”, Elşad Səfərlinin “Hürufizm və Nəsimi hürufizminin simvollar sistemi”, Afiq Əliyevin “İmadəddin Nəsimi yaradıcılığında kamil insan və onun formalaşması ideyaları”, Əlirza Əliyevin “Nəsimi poeziyasında şəxs adları”, Elman Mirzəyevin “Nəsiminin dilində işlənmiş bəzi arxaik əvəzliklər haqqında”, baş müəllimlər Könül Dənziyevanın “Nəsiminin dilində prosodik vasitələr”, Qədim Rufullayevin “Xalq rəvayətlərinin zənginləşməsində Nəsimi şəxsiyyətinin rolu”, müəllimlərdən Aysel Mehdiyevanın “Nəsimi Qərb dünyasında”, Aynur Rzayevanın “Nəsimi yaradıcılığında kopeziya vasitələrinin linqvistik təhlili” və doktorant Nərmin Məmmədovanın “Lənkəran ədəbi mühitində Nəsimi fəlsəfəsi” mövzularında məruzələri dinlənilib.

Diskussiya və polemika şəraitində davam edən tədbirdə Nəsiminin həyat və fəaliyyəti, bədii yaradıcılığı, dini-fəlsəfi görüşləri geniş müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.