REGİONLAR


Lənkəran Dövlət Universitetində akademik Həmid Araslının 110 illik yubileyi qeyd edilib

Lənkəran, 17 may, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan ədəbiyyatşünaslıq elminin banilərindən biri, görkəmli tədqiqatçı-alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən LDU-nun sosial məsələlər üzrə prorektoru, filologiya elmləri namizədi, dosent Kamran Kazımov akademik Həmid Araslının ədəbiyyatşünaslıq elmimizin inkişafındakı böyük rolundan danışıb.

Elmi seminarda LDU-nun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi kafedrasının dosenti, filologiya elmləri namizədi, dosent Mirhüseyn Abbasın akademik Həmid Araslının həyat və yaradıcılığı barədə məruzəsi dinlənilib.

Universitetin Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi kafedrasının baş müəllimləri, filologiya üzrə fəlsəfə doktorları Qədim Rufullayev “Həmid Araslı və folklor”, Könül Dənziyeva “Həmid Araslının elmi irsi” mövzularında çıxış ediblər.

Məruzə və çıxışlarda görkəmli ədəbiyyatşünas alimin pedaqoq və tədqiqatçı kimi çoxşaxəli fəaliyyətindən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.