REGİONLAR


Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində olub

Bakı, 18 oktyabr, AZƏRTAC

Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində (MDU) olub. Səfər çərçivəsində LDU və MDU rektorları arasında görüş keçirilib, akademik və inzibati heyət arasında müzakirələr aparılıb və Müstəqilliyin Bərpası Gününə həsr olunan birgə konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, rektorlar arasında keçirilən görüşdə işbirliyinin perspektivləri barədə fikir mübadiləsi aparılıb və universitetlər arasında mövcud Əməkdaşlıq Müqaviləsinə əlavələr razılaşdırılaraq imzalanıb. Sözügedən əlavələr hər iki universitetdə mövcud laboratoriyalardan birgə istifadə, fənn proqramlarının təkmilləşdirilməsi, tələbə və müəllim mübadiləsi, birgə tədqiqat işlərinin aparılması və birgə məqalələrin yazılması istiqamətində əməkdaşlığın inkişafını özündə ehtiva edir.

Akademik və inzibati heyət üzvləri arasında keçirilən görüşlərdə müxtəlif istiqamətlərdə universitet idarəçiliyinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb və hər iki universitetin müvafiq təcrübələri paylaşılıb.

Səfər proqramı nümayəndə heyətinin “Azərbaycan” İstilik Elektrik Stansiyasını ziyarət etməsi ilə başa çatıb. Universitet təmsilçiləri Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevirə atılan raketin düşdüyü yerlə də tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.