REGİONLAR


Lənkəran Peşə Liseyi Astarada şagirdlər üçün “Xalçaçılıq sənəti” mövzusunda ilk dəfə onlayn dərs keçib

Lənkəran, 8 dekabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Peşə Liseyi yeniyetmə və gənclər arasında peşəyönümlü təlimin təkmilləşdirilməsi məqsədilə Lənkəran və ətraf rayonların ümümtəhsil məktəbləri ilə birlikdə onlayn dərslərinin keçirilməsinə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, lisey orta məktəblərdə “Xalçaçılıq sənəti” mövzusunda ilk onlayn dərsi Astara rayonunun Artupa kənd tam orta məktəbində keçirib.

Liseyin direktoru Afər Kərimov Azərbaycanda peşə təhsili və təliminin yeniyetmə və gənclər üçün vacib olduğunu qeyd edərək bildirib ki, bu istiqamətdə aparılan işlər gənclərdə daha erkən yaşlarından müxtəlif peşələr haqqında məlumat almağa, onların gələcək planlarına və əmək bazarına inteqrasiya etməsinə əlverişli şərait yaradır.

Artupa kənd orta məktəbinin direktoru Aynur Muradova İKT-dən istifadə etməklə dərslərin keçirilməsi və bunun şagirdlərin təhsil alma prosesində motivasiyasına müsbət təsiri haqqında məlumat verib.

Dərs zamanı liseyin xalçaçılıq üzrə istehalat təlim ustası Tərifə Məmmədova xalçaçılıq, xalçaçılıqda istifadə olunan avadanlıqlar, saplar, çeşnilərin hazırlanması, xalçanın toxunması haqqında şagirdlərin suallarını cavablandırıb.

Sonra praktiki məşğələlər nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.