REGİONLAR


Lənkəran Peşə Liseyi baramaçılığın inkişafı ilə bağlı Dövlət Proqramının icrasına qoşulub

Lənkəran, 9 dekabr, Bağır Əliyev, AZƏRTAC

Baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramının icrasına qoşulan Lənkəran Peşə Liseyində ölkəmizin peşə müəssisələri arasında ilk dəfə olaraq bu ilin may-iyun aylarında 170 kiloqram barama tədarük edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, peşə təhsili ilə bağlı Strateji Yol Xəritəsinə əsasən, 2018-2019-cu illərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Lənkəran Peşə Liseyində ilk dəfə olaraq, “Baramaçılıq” qrupu açılıb. İxtisaslı mütəxəssislər tərəfindən bu qruplarda tədris istehsalat işləri davam etdirilir.

Bu sahədə tədris bazasını möhkəmləndirmək, təhsil alanların praktiki bacarıqlarını artırmaq məqsədilə Azərbaycan hökumətinin dəstəyi ilə Çindən gətirilən tut tinglərinin 3 mini Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinə və Lənkəran Peşə Liseyinə verilib.

Artıq liseydə əkin kampaniyasına başlanılıb. Bu işə liseydə fəaliyyət göstərən “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer”, “Bitkiçilik-çay, sitrus” və “Baramaçılıq” qrupları qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.