REGİONLAR


Lənkəran Peşə Liseyində QİÇS-lə bağlı maarifləndirmə tədbiri keçirilib

Lənkəran, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirmə həftəsi çərçivəsində Lənkəran Peşə Liseyində tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) səhiyyəyə məlum olma tarixi, onun ağır sosial-iqtisadi nəticələri, yoluxma və qorunma yolları, bununla bağlı ölkəmizdəki və dünyadakı vəziyyət, görülən tədbirlər və digər işlər barədə geniş məlumat verib.

N.Zülfüqarov 1988-ci ildə təsis edilmiş AİDS-lə Mübarizə Gününün dünya ölkələrinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran BMT sammitindən sonra təsis edildiyini diqqətə çatdırıb.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov çıxışında AİDS və İnsan hüquqları və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun mühüm müddəalarını diqqətə çatdıraraq, müvafiq qanunun qəbul edilməsinin bu infeksiyaya qarşı kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaratdığını vurğulayıb.

O, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanmış “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın mahiyyət və əhəmiyyəti barədə məlumat verib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxış edərək, dövlət tərəfindən gənclərin zərərli vərdişlərdən və yad təsirlərdən qorunması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.