REGİONLAR


Lənkəran Peşə Liseyində ilk dəfə barama istehsal olunub

Lənkəran, 12 iyun, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizdə peşə təhsili müəssisələri arasında ilk dəfə olaraq Lənkəran Peşə Liseyində barama istehsal olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, liseydə istehsal olunan 170 kiloqram yaş barama “Azəripək” MMC-yə təhvil verilib.

Ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq, bu il Lənkəran Peşə Liseyində baramaçılıq ixtisasının açılması nəzərə alınaraq təhsil müəssisəsində barama istehsalına başlanılıb.

Liseyin əməkdaşları növbəti illərdə baramaçılıq sahəsində yeni nailiyyətlər qazanmaq niyyətindədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.