REGİONLAR


Lənkəran Peşə Liseyində yeni sosial-ekoloji layihənin icrasına başlanılıb

Lənkəran, 11 mart, Bağır Əliyev, AZƏRTAC

Əlli illik yubileyi ilə əlaqədar Lənkəran Peşə Liseyində yeni sosial-ekoloji layihə həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi rayonun ekoloji mühitinin yaxşılaşdırılması, uşaq evlərində orqanik meyvə bağlarının salınması, Lənkəran Peşə Liseyində təhsil alan gənclərin sosial məsuliyyətinin artırılması və onların ekoloji maarifləndirilməsindən ibarətdir.

Layihə çərçivəsində Lənkəran rayonunun uşaq bağçaları və Uşaq Evinin həyətində ümumilikdə 500 ədəd meyvə və həmişəyaşıl ağac əkiləcək. Qısa müddətdə 100-dən çox meyvə ağacı əkilib.

Layihə çərçivəsində növbəti ağacəkmə kampaniyasının Astara rayonunun uşaq bağçalarında keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.