REGİONLAR


Lənkəran Peşə Liseyinin müəllimləri Astarada peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərlə görüşüblər

Astara, 30 yanvar, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Peşə Liseyinin kollektivi ölkəmizin cənub bölgəsinin ümumtəhsil məktəblərində fəaliyyət göstərən peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərlə görüşləri davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti görüş Astara şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib.

Astara Rayon Təhsil Şöbəsinin müdirinin də iştirak etdiyi görüşə rayonun Vaqo kənd tam orta məktəbinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlər qatılıblar.

Tədbirin keçirilməsində məqsəd peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə peşə təhsili haqqında daha çox məlumat vermək, onları gələcəkdə seçdikləri ixtisaslarda texniki və yüksək peşə təhsili almağa həvəsləndirməkdir.

Görüşdə peşə təhsilinin ölkəmizin sosial-iqtisadi inkişafında rolu, peşə təhsili alan şagirdlərin şəxsi inkişafı və onların karyera planlaşdırılması haqqında müzakirələr aparılıb.

Tədbir iştirakçıları Astara şəhər 5 nömrəli tam orta məktəbində fəaliyyət göstərən peşə təmayüllü siniflərin təcrübə bazaları ilə tanış olublar.

Həmçinin peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər, onların müəllimləri və valideynləri üçün Lənkəran Peşə Liseyində “Açıq qapı günü” keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.