ELM VƏ TƏHSİL


Lənkəran Peşə Liseyinin xalçaçı ixtisasında təhsil alan tələbələri üçün infotur təşkil olunub

Bakı, 6 may, AZƏRTAC

“Xalçaçı günü” münasibətilə Lənkəran Peşə Liseyinin xalçaçı ixtisasında təhsil alan tələbələri üçün “Azərxalça” ASC-nin Lənkəran filialına infotur təşkil olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tələbələr “Azərxalça” ASC-nin Lənkəran filialında bu sahədə fəaliyyət göstərən peşəkar toxucuların işləri ilə tanış olublar. Onlara Azərbaycanda xalçaçılığın inkişaf perspektivləri və imkanları ilə bağlı məlumat verilib. Müəssisə ilə tanışlıqdan sonra tələbələrə daha peşəkar dəzgahlarda xalça toxumaq imkanı yaradılıb. Peşəkar toxucular onlarla öz təcrübəsini bölüşüb.

Tələbələr gələcəkdə “Azərxalça” ASC-nin müxtəlif filiallarında çalışmaq imkanları haqqında məlumat əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.