REGİONLAR


Lənkəran Rayon Ağsaqqallar Şurasının yeni tərkibi seçilib

Lənkəran, 16 fevral, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının iclası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsi dəqiqəlik sükutla yad olunub.

Sonra təşkilati məsələlər müzakirə olunub. İyirmi il müddətində Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri işləmiş, 99 yaşlı Kamal Kələntərlinin səhhəti ilə əlaqədar vəzifəsindən azad edilməsi barədə xahişi təmin edilib və o, Ağsaqqallar Şurasının fəxri sədri seçilib.

Lənkəran Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.

Eldar Hüseynov Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

İclasda, həmçinin Lənkəran Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Çıxış edənlər ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan danışaraq qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyəti danılmazdır.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.