CƏMİYYƏT


Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fizioterapevtik və reabilitasiya kabinetləri yenilənib

Bakı, 18 mart, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni fizioterapevtik və reabilitasiya kabinetlərinin açılışı olub.

AZƏRTAC Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, xəstəxananın 2 fizioterapevtik kabineti yeni tibbi avadanlıqlar və tibbi mebellərlə təchizatlandırılıb.

Yenilənən Fizioterapevtik kabinetlər hemofiliya və digər qanın laxtalanma problemindən əziyyət çəkən vətəndaşlarda xəstəliyin yaratdığı fəsadların aradan qaldırılmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.

Kabinetlərin açılışından sonra Lənkəran və ətraf rayonlardan iştirak edən həkimlər üçün elmi seminar təşkil olunub.

Qeyd edilib ki, növbəti fizioterapevtik kabinetin təchizatlanması Füzuli və Göyçay şəhərlərində gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.