MƏDƏNİYYƏT


Lənkəran Şəhər İcra Hakimiyyəti Milli Arxiv İdarəsinə 100-dən çox sənəd təhvil verib

Bakı, 20 sentyabr, AZƏRTAC

Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Kino – Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 135 saxlama vahidi fotosənəd, 1 saxlama vahidi kinosənəd təhvil verilib.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənədlər dövlət müstəqilliyi illərində rayonda görülən quruculuq işlərini əks etdirir.

Hazırda arxivdə sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir, hər bir sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.