REGİONLAR


Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində şəhid Murad Hüseynzadəyə həsr olunan guşə açılıb

Lənkəran, 18 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində 44 günlük Vətən müharibəsi şəhidi Murad Hüseynzadənin ömür yolunu əks etdirən guşə açılıb.

Bu münasibətlə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, şəhidin ailə üzvləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid Murad Hüseynzadənin qəhrəmanlıqlarından danışıblar.

Tədbir iştirakçıları igid döyüşçü Murad Hüseynzadənin 22 illik ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Sonra Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin adını daşıyan xatirə parkında qəhrəmanın büstü önünə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Lənkəran rayonunun Şağlaser kəndində anadan olan Murad Mahmud oğlu Hüseynzadə 2013-2015-ci illərdə Lənkəran Zabitlər Evində “Tibb təlimatçısı” ixtisasına yiyələnib. 44 günlük Vətən müharibəsinə könüllü yollanan Murad Hüseynzadə Füzuli, Cəbrayıl və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəsur döyüşçü Qubadlı istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.