Lənkəran Teatrında “Şəhidlər” ədəbi-bədii kompozisiyanın audio-video formatda təqdimatı olub
AzerTAg.az
Lənkəran, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 20-də Lənkəran Dövlət Dram Teatrında 1990-cı ilin 20 Yanvar hadisələrinə həsr olunmuş “Şəhidlər” ədəbi-bədii kompozisiyasının audio-video formatda təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın rəsmi “Facebook” səhifəsindən və binasından yayımlanan təqdimatda 31 il əvvəl Bakıda, Lənkəranda və ölkəmizin digər bölgələrində xalqımızın başına gətirilən müsibətlərdən bəhs edilib, igid oğul və qızlarımızın fədakarlığı təsvir olunub, onların işıqlı xatirəsi ehtiramla anılıb.
Ədəbi-bədii kompozisiyanın mətnini Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev və aktrisa Qızılgül Quliyeva səsləndiriblər.

Xəbərin mətnində orfoqrafik səhv var