REGİONLAR


Lənkəran barədə 5 fakt – rusiyalı blogerlərin Azərbaycandan yeni filmi VİDEO

Lənkəran, 24 aprel, B.Əliyev, AZƏRTAC

Rusiyalı blogerlər Lənkərandan geniş reportaj hazırlayıblar. “Conde Media” prodüser şirkətinin hazırladığı videoda Lənkəranın təbiəti, mətbəxi, adət-ənənələri barədə məlumat verilir.

AZƏRTAC xəbər verir ki, reportajda subtropik iqlimi olan Lənkəranda limon, portağal və digər ekzotik meyvələrin yetişdiyi bildirilir. Qeyd olunur ki, dəniz sahilində yerləşən bu diyarın çimərlikləri müalicəvi əhəmiyyətə malik nadir qara qumla zəngindir. Belə quma Havay adaları və Yeni Zelandiyada da rast gəlinir.

Aparıcı Nataşa Savitskaya qeyd edir ki, Lənkəranın əhalisi qonaqpərvərliyi ilə seçilir. Burada istənilən evin qapısı qonaq üçün açıqdır. Talış dilindən və mədəniyyətindən danışan bloger Lənkəran mətbəxinin dadlı təamlarından olan ləvənginin bişirilməsi qaydalarını da izləyicilərə təqdim edir.

Videoda, həmçinin çay plantasiyaları da göstərilir, Lənkəran çayının dadı və ətri ilə seçildiyi bildirilir.

Bundan əvvəl blogerlər Masallıda da çəkilişlər edərək “YouTube” kanalı vasitəsilə yayıblar.

Rejissoru Fransua Konde olan filmin (https://www.youtube.com/watch?v=zcLb4Sz70cg) media tərəfdaşı AZƏRTAC informasiya agentliyidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.