CƏMİYYƏT


Lənkəran rayon sakinindən beş kiloqrama yaxın marixuana götürülüb

Bakı, 12 fevral, AZƏRTAC 

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Girdəni kənd sakini P.Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 10 qramdan çox marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun iş yerindəki anbardan gizlətdiyi əlavə 4 kiloqram 750 qram marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.