CƏMİYYƏT


Lənkəran rayon sakinindən narkotik maddələr və elektron tərəzi götürülüb

Bakı, 14 iyul, AZƏRTAC

Lənkəran rayonunun Göyşaban kənd sakini Ş.Ağayev narkotik vasitə satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Göyşaban kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Ağayev narkotik vasitə satarkən saxlanılıb. Ondan heroin, metamfetamin və elektron tərəzi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.