REGİONLAR


Lənkəran rayon sakininin ötən il etdiyi oğurluqların üstü açılıb

Lənkəran, 6 mart, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il baş vermiş 2 oğurluq faktının üstünün açılması təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən iki yaşayış evindən ümumilikdə 3440 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşyalarını oğurlayan şəxsin Lənkəran rayon sakini, yaşayış evindən oğurluq etdiyinə görə saxlanılmış Mirhüseyn Hacızadənin olduğu müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.