CƏMİYYƏT


Lənkəran rayon sakininin xəstəxanada ölməsi ilə bağlı araşdırma aparılır

Bakı, 4 may, AZƏRTAC

Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də 39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş diaqnozu ilə daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.