CƏMİYYƏT


Lənkəran rayon sakinlərindən üç kiloqramdan çox heroin götürülüb

Bakı, 9 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri E.Quliyev və A.Dadaşzadə Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Axtarış zamanı E.Quliyevdən 2 kiloqram 20 qram, Ayxan Dadaşzadədən isə 1 kiloqram 20 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.