CƏMİYYƏT


Lənkəran rayonunda 69 müxtəlifcinsli ağacın kəsildiyi aşkarlanıb

Bakı, 21 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi nəzarət etdiyi Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən reyd zamanı Lənkəran rayonu Sinovli kəndi ərazisində, Osaküçə bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaşköküstə diametri 4-30 santimetr olan 69 müxtəlifcinsli ağacın kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Lənkəran rayonu Sinovli kəndində yaşayan Daşqın Mehrəliyev tərəfindən kəsildiyi və təbiətə 8600 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.