REGİONLAR


Lənkəran rayonunun Türkəncil kəndinə içməli su xətti çəkilib

Lənkəran, 22 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 22-də Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində "Lənkəran rayonunun Türkəncil kəndində su təchizatı sisteminin tikintisi" layihəsinə müvafiq olaraq kəndə çəkilən içməli su xətti istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfirliyinin müşaviri Keysuke Yamanaka, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, layihəni həyata keçirən “Qlobal-Humanitar Təşkilatı” İctimai Birliyinin sədri İlham Tahirli kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər. Qeyd olunub ki, qrant yardımı çərçivəsində Lənkəranın Türkəncil kəndində reallaşdırılan içməli su təchizatının tikintisi layihəsinin ümumi məbləği 89,131 ABŞ dolları təşkil edir. Bu, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Lənkəran rayonunda həyata keçirilən sayca 6-cı layihədir.

Kənd sakinləri rayonda yerli əhəmiyyətli sosial layihələrin icrasına verilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.