CƏMİYYƏT


Lənkəran rayonunun əhalisinə pulsuz hüquqi yardım göstərilib

Bakı, 17 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, tövsiyənin icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində avqustun 17-də Kollegiyanın təşəbbüsü ilə Lənkəran rayon vəkil bürosunun əməkdaşları tərəfindən rayon sakinlərinə ödənişsiz hüquqi yardım göstərilib.

Vətəndaşlara vəkillər tərəfindən müxtəlif növ hüquqi yardım göstərilib, problemləri dinlənilib, müvafiq məsləhətlər verilib. Həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.

Vəkillər Kollegiyası tərəfindən belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.