CƏMİYYƏT


Lənkəran sakinini döyüb 60-70 min manat dəyərində qızıl-zinət əşyalarını alan şəxslər tutulublar

Bakı, 6 avqust, AZƏRTAC 

Avqustun 1-də saat 7 radələrində “VAZ-2106” markalı avtomobildə gəlmiş iki nəfərin şəhər sakini T.Fətullazadəni döyüb içərisində 60-70 min manat dəyərində qızıl-zinət əşyaları olan çantasını almaları barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - İ.Məmmədli və Z.Hüseynzadə əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.