CƏMİYYƏT


Lənkəran sakininin evindən silah-sursat aşkar edilərək götürülüb

Bakı, 27 noyabr, AZƏRTAC

Lənkəran sakininin evindən silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini X.Məmmədlinin yaşadığı evə baxış zamanı oradan “Spanish Astra 4000” modelli tapança, 5 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqatlar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.