CƏMİYYƏT
Lənkəran sakinlərinə maarifləndirici materiallar paylanılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Lənkəran sakinlərinə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.
AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, Lənkəran rayonunda ilk yardım üzrə maarifləndirici tədbir keçirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə könüllülər və yerli sakinlər iştirak ediblər.
İSİM tərəfindən hazırlanaraq nəşr edilən ilk yardım, ana südü ilə qidalandırma, gözlərə qulluq, yeniyetmələr arasında sui-qəsd hallarının qarşısının alınması və digər mövzular üzrə maarifləndirici materiallar təlim iştirakçılarına və yerli sakinlərə paylanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]