MƏDƏNİYYƏT
Lənkəran teatrı İranda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 17-dən 19-dək İran İslam Respublikasının Rəşt şəhərində IX ənənəvi Beynəlxalq Meydan Teatr Festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmin nüfuzlu sənət yarışmasında Azərbaycanı Lənkəran Dövlət Dram Teatrı təmsil edəcək. Kollektiv festivala Üzeyir Hacıbəylinin felyeton və pamfletləri əsasında hazırlanmış tamaşa ilə qatılacaq. Əsas rollarda teatrın aparıcı səhnə ustaları Əməkdar artistlər Adil Zeynalov, Sucəddin Mirzəyev, artistlər Miraslan Ağayev, Niftulla Əsgərov və digərləri çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [12:51]
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
- 25.04.2024 [12:40]
Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub
- 25.04.2024 [11:02]
Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
- 24.04.2024 [23:42]