REGİONLAR


Lənkəran teatrında “Gəl baharım, gəl yazım” tamaşasının premyerası olub

Lənkəran teatrında “Gəl baharım, gəl yazım” tamaşasının premyerası olub

Lənkəran, 16 mart, İlkin Adıyev, AZƏRTAC

Lənkəran Dövlət Dram Teatrında Anar Sadıqovun müəllifi və quruluşçu rejissoru olduğu “Gəl baharım, gəl yazım” tamaşasının premyerası olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz şənliklərinin əsas personajlarından Keçəl, Kosa, Bahar qız və digərlərinin yer aldığı şən, oynaq musiqilərlə zəngin olan səhnə əsərinin quruluşçu rəssamı Banuçiçək Sadıqova, musiqi tərtibatçısı Miranda Qurbanovadır.

Rolları Allahverən Babayev, Səyad Əliyev, Hikmət Cəfərov, Amil İbrahimli, Gülər Kərimli, Əlirza Şahbazi, Vəfa Hacızadə və digərləri ifa ediblər.

Qeyd edək ki, bayram günlərində oynanılacaq bu tamaşa ilə yanaşı, teatrda axşam saatlarında yuxarı yaş qrupları üçün Könül Məmmədovanın narkomaniyanın fəsadlarından bəhs edən "Yaşayan ölü" və Xalq yazıçısı Kamal Abdullanın "Casus" tamaşaları da nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.