REGİONLAR


“Lənkəran” və “Astara” komandaları minifutbol üzrə “Könüllülər kuboku” turnirinin final mərhələsinə vəsiqə qazanıblar

Lənkəran, 4 avqust, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 15-17 yaşlı könüllü gənclər arasında minifutbol üzrə “Könüllülər kuboku” Respublika turnirinin zona yarışları keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Olimpiya sistemi üzrə keçirilən və üç gün davam edən zona yarışlarında Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarını təmsil edən komandalar qələbə uğrunda mübarizə aparıblar.

Zona birinciliyində “Lənkəran” komandası birinci, “Astara” komandası ikinci yeri tutaraq Respublika turnirinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Final oyunlarının avqustun 10-12-də Şəmkir Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.