REGİONLAR


Lənkəran və Cəlilabadda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Lənkəran-Cəlilabad, 1 oktyabr, Bağır Əliyev, AZƏRTAC

1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü Lənkəran və Cəlilabadda da qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri əvvəlcə Heydər Əliyev Xatirə Parkına gələrək ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Lənkəran Rayon Prokurorluğunda keçirilən tədbirdə çıxış edən rayon prokuroru, baş ədliyyə müşaviri Elçin Məmmədov ölkəmizdə prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışıb.

Toplantıda çıxış edənlər rayonun prokurorluq işçilərini əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

                                                X X X

Cəlilabad rayonunun prokurorluq işçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vidadi Dövlətov rayonun prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib.

Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il oktyabrın 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edildiyini vurğulayan V.Dövlətov Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluq orqanlarının öz inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Tədbirdə Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov, rayon məhkəməsinin sədri Əliəjdər Ələkbərov, polis şöbəsinin rəisi Mübariz Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Həsrət İsmayılov və başqaları prokurorluq işçilərinin keçdiyi şərəfli yoldan danışaraq onlara ən xoş arzularını çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.