CƏMİYYƏT


Lənkəran və Quba rayonlarının bəzi kəndlərinə və Quba şəhərinə giriş-çıxış dayandırılacaq

Bakı, 14 oktyabr, AZƏRTAC

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu qərar oktyabrın 15-i saat 00:00-dan qüvvəyə minir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.