REGİONLAR


Lənkəran və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Lənkəranda və Şəkidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, biznes planların hazırlanması, marketinq, arıçılığın inkişaf perspektivləri mövzularını əhatə edən treninqlərdə biznes ideyanın yaradılması və həyata keçirilməsi, biznes planın tərtib edilməsi, marketinq araşdırmalarının aparılması və bu sahədə beynəlxalq təcrübə, arıçılığın inkişafı və s. barədə iştirakçılara ətraflı məlumat verilib.

Treninqlər çərçivəsində iştirakçılar, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, "Lisenziyalar və icazələr" portalından (www.lisenziya.gov.az) və "Biznesdən-biznesə" elektron platformasından istifadə qaydaları, apellyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə geniş məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.