CƏMİYYƏT


Lənkəran və Sumqayıt şəhərlərində piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Bakı, 6 dekabr, AZƏRTAC

Sumqayıt və Lənkəran şəhərlərində piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yolu keçən Aşağı Nüvədi kənd sakini Mirhakim Nəcəfzadə Şiləvar kənd sakini Y.Zəkiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sumqayıt şəhəri Koroğlu prospektində yolu keçən şəhər sakini Tənzif Məmmədova həmyerlisi A.Cəfərovun idarə etdiyi “Opel” markalı avtomobillə vurulub. Hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.